Bakıda memarlıq abidəsinin eyvanı uçub | FOTO

Bakıda memarlıq abidəsinin eyvanı uçub |    FOTO
  10 Dekabr 2025    Oxunub:729
Paytaxtın Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən, 3320 inventar nömrəli, yerli əhəmiyyətli memarlıq abidəsi sayılan binanın ikinci mərtəbəsindəki mənzilin eyvanı təbii təsirlərdən uçub.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, hadisə ilə əlaqədar Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları binaya baxış keçiriblər.

Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq.

Qeyd olunub ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.

AzVision.az


Teqlər: abidə   qəza  



Xəbər lenti